Yazda əhval dəyişiklikləri hansı problemlərin əlamətidir?
Sosial
01.05.2026 19:15
Psixoloqlar bildirirlər ki, yaz aylarında emosional vəziyyət və ciddi yuxu problemləri ciddi psixoloji problemlərə işarə edə bilər.
TodayPress TV xəbər verir ki, "yaz kəskinləşməsi" anlayışı təsadüfi deyil.
Yazda günlərin uzanması insanın bioloji ritmlərinə təsir edir, bu da əhval-ruhiyyə və enerji səviyyəsində dəyişikliklər yaradır. Adətən bu dəyişikliklər qısa müddətli olur və narahatlıq doğurmur.
Lakin əgər bu hallar uzun çəkərsə və gündəlik həyata mənfi təsir göstərərsə, bu, bəzi ruhi pozğunluqların əlaməti ola bilər. Mütəxəssislər qeyd edirlər ki, belə hallara mövsümi affektiv pozğunluq, bipolyar pozğunluq, eləcə də narahatlıq və depressiya daxildir.
Simptomlar iki həftədən çox davam edərsə, işə, təhsilə və ya şəxsi münasibətlərə mane olarsa, mütləq diqqətli olmaq lazımdır. Belə vəziyyətlərdə mütəxəssisə müraciət etmək tövsiyə olunur.
Xüsusilə əhval-ruhiyyədə kəskin dəyişikliklər, ciddi yuxu problemləri və ya özünə zərər vermə kimi hallar müşahidə olunarsa, vaxt itirmədən psixiatra müraciət etmək vacibdir.
Türkan İsgəndərli
tag: Yaz,Yuxu,Əhval,Depressiya,Todaypress.tv,
