İranın yeni müdafiə nazirindən sərt mesaj: "Hücum etsələr..."
İranın yeni müdafiə naziri Mehrdad Əxlaqi "düşmənin islam respublikasına hücum etməyə cürət etməyəcəyini" bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, SNN telekanalına şərhində bəyan edib.
"Düşmən, böyük ehtimalla, bizə hücum etməyə cürət etməyəcək. Əgər düşmən hücum edərsə, çox böyük zərər çəkəcək", - deyə Əxlaqi vurğulayıb.
Qeyd edək ki, İran parlamenti Mehrdad Əxlaqinin ölkənin müdafiə naziri vəzifəsinə təyin olunmasını təsdiqləyib.
Aysel Mətləb