Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatdı

Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatdı
16.11.2026 14:25 Sosial

Azərbaycanda qeyri-sabit hava şəraiti müşahidə olunur, bəzi dağlıq ərazilərə qar yağıb, Xəzər dənizində isə dalğanın hündürlüyü 6,2 metrə çatıb.

TodayPress TV xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qar yağır.

Qar örtüyünün hündürlüyü Şahdağda 20, Qrızda 14, Xınalıqda 7, Kəlbəcərdə 5, Laçında 4, Qusarda (Laza) 3, Qubadlıda isə 2 santimetr təşkil edir.

Bakıda və Abşeron yarımadasında yağıntının miqdarı 6 millimetr qeydə alınıb. Respublikanın rayonlarında isə ən çox yağıntı Qəbələdə (20 mm), Oğuzda (17 mm), Göygöldə (16 mm), Daşkəsəndə (15 mm) və Astarada (14 mm) müşahidə olunub.

Bundan başqa, Şuşa, Xankəndi və Füzuli rayonlarında arabir leysan xarakterli yağış yağıb.

Paytaxtda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir saniyədə 25 metrə çatır. Xəzər dənizində isə dalğanın hündürlüyü 6,2 metrədək yüksəlib.

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər