Xankəndidə iş axtaranlara ŞAD XƏBƏR! 200-dən çox VAKANSİYA

Xankəndidə iş axtaranlara ŞAD XƏBƏR! 200-dən çox VAKANSİYA
11.09.2026 18:35 Sosial

Xankəndi şəhərində növbəti əmək yarmarkası keçirilib.

TodayPress TV xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, nazirliyin, digər dövlət qurumlarının nümayəndələri, işəgötürənlər və işaxtaran şəxslər iştirak ediblər.

Yarmarkada dövlət və özəl sektoru təmsil edən 26 müəssisə tərəfindən mühəndis, həkim, tibb bacısı, laborant, mühasib-xəzinədar, satıcı-kassir, elektrik, qaynaqçı, aşpaz, dərzi, sürücü, traktorçu-mexanizator və digər istiqamətlər üzrə ümumilikdə 222 vakansiya təqdim olunub.

Tədbir zamanı vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb, iştirakçılara Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq proqramları barədə məlumat verilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri ilə yanaşı, məşğulluğun təmin edilməsi istiqamətində də tədbirlərin davam etdirildiyini bildirib.

Tədbir çərçivəsində məşğulluğun təminatına dəstək göstərən işəgötürənlər 4 nominasiya üzrə mükafatlandırılıb.

Həmçinin Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov vətəndaşların müraciətlərini dinləmək üçün səyyar qəbul keçirib.

Daha sonra “Regional məşğulluq ekosisteminin qurulması: işəgötürənlərlə birgə fəaliyyət mexanizmləri” mövzusunda dəyirmi masa təşkil olunub. Görüşdə Qarabağ və Şərqi Zəngəzurda, o cümlədən Xankəndi, Ağdərə və Xocalıda sakinlərin məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

FOTOLAR

Xankəndidə iş axtaranlara ŞAD XƏBƏR! 200-dən çox VAKANSİYA — 1
Xankəndidə iş axtaranlara ŞAD XƏBƏR! 200-dən çox VAKANSİYA — 2
Xankəndidə iş axtaranlara ŞAD XƏBƏR! 200-dən çox VAKANSİYA — 3
Xankəndidə iş axtaranlara ŞAD XƏBƏR! 200-dən çox VAKANSİYA — 4
Xankəndidə iş axtaranlara ŞAD XƏBƏR! 200-dən çox VAKANSİYA — 5
Xankəndidə iş axtaranlara ŞAD XƏBƏR! 200-dən çox VAKANSİYA — 6
Xankəndidə iş axtaranlara ŞAD XƏBƏR! 200-dən çox VAKANSİYA — 7
Xankəndidə iş axtaranlara ŞAD XƏBƏR! 200-dən çox VAKANSİYA — 8
Xankəndidə iş axtaranlara ŞAD XƏBƏR! 200-dən çox VAKANSİYA — 9
Xankəndidə iş axtaranlara ŞAD XƏBƏR! 200-dən çox VAKANSİYA — 10
Xankəndidə iş axtaranlara ŞAD XƏBƏR! 200-dən çox VAKANSİYA — 11
XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər