SXA tərəfindən 101 minədək vətəndaş qəbul edilib
Sosial
19.01.2026 11:45
“2025-ci il ərzində Sosial Xidmətlər Agentliyinə daxil olan müraciətlər əsasında minlərlə vətəndaş qəbul edilərək müraciətləri aidiyyəti üzrə həll olunub”.
TodayPress TV xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov agentliyin 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərinə dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2025-ci il ərzində Agentliyə müxtəlif məsələlərlə bağlı müraciətlər üzrə ümumilikdə 101 565 vətəndaş qəbul edilib.
Bildirilib ki, Agentliyin rəhbər şəxsləri tərəfindən isə 9255 nəfər vətəndaş fərdi qaydada qəbul olunub, onların müraciətləri dinlənilərək Agentliyin səlahiyyətləri daxilində həll edilib, eyni zamanda müvafiq sosial dəstək göstərilib.
Qiymət Mahir
tag: SXA,Vüqar Behbudov,Yekun,Konfrans,Todaypress.tv,
