“Peşə təmayüllü siniflər” layihəsinə start verildi
Sosial
07.12.2025 16:01
“Peşə təmayüllü siniflər” layihəsi çərçivəsində şagirdlər 16 müxtəlif peşə ixtısası üzrə təhsil alır və praktik bacarıqlar qazanırlar.
TodayPress TV xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Hazırda layihə 326 məktəbdə və 1 pilot xüsusi təhsil məktəbində həyata keçirilir, 9000-dən çox şagird və 1438 müəllim bu prosesə cəlb olunub.
İştirakçılar öz maraq sahələrini kəşf edir, praktik bacarıqlar qazanır və peşə dünyasına daha bir addım yaxınlaşırlar.
Layihə çərçivəsində keçirilən dərslər həm motivasiyaedici, həm də inkişaf yönümlüdür.
tag: Peşə,“Peşə təmayüllü siniflər” , Elm və Təhsil Nazirliyi,Layihə,Todaypress.tv,
