Minimum maaşla bağlı müjdə: 100 manat artım...
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı müzakirələr yekunlaşmaq üzrədir.
TodayPress TV Oxu.az-a istinadən xəbər verir ki, minimum əməkhaqqının təxminən 100 manat artırılması proqnozlaşdırılır.
Məlumata görə, hazırda ölkədə minimum əməkhaqqı 400 manat təşkil edir. Təklif reallaşarsa, bu məbləğin 500 manata çatdırılması mümkün olacaq.
Qeyd edək ki, minimum əməkhaqqının artırılması ilə bağlı layihənin parlamentin müvafiq komitəsində müzakirəyə çıxarılması gözlənilir.