Metrodakı problemin səbəbi - RƏSMİ
Bakı Metropoliteninin “Koroğlu” stansiyasında qatarların hərəkətində gecikmə yaşanıb.
TodayPress TV məsələ ilə bağlı Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlayıb.
Cavab olaraq bildirilib ki, “İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb.
"Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılıb. Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub.
Həmin müddət ərzində Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edib.
Yaranmış narahatlığa gğrə sərnişinlərdən üzr istəyirik", - deyə bildirilib.
Türkan İsgəndərli