KOBİA: Azərbaycanda startaplar üçün yeni mərhələ başlayır
Sosial
29.01.2026 10:31
"Biz artıq startap ekosisteminin yeni inkişaf mərhələsinə qədəm qoyuruq. Son 10 ildə bunun üçün çalışmışıq".
TodayPress TV xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov deyib.
Onun sözlərinə görə, "Mylift" tətbiqi problemlərin həlli üçün rəqəmsal və innovativdir.
"Bu, elə bir mərhələdir ki, bütün tərəflərin iştirakı ilə — özəl sektorun, assosiasiyaların və ən başda dövlət qurumlarının dəstəyi ilə startaplar formalaşır, addım-addım irəliləyir və inkişaf edir. Məhz bu sahədə hesab edirik ki, növbəti 10 il ərzində ölkəmizin startap ekosistemi daha da güclənəcək".
O əlavə edib ki, bu günə qədər 130-dan çox startapa ümumilikdə 2 milyon 500 min manatdan artıq qrant vəsaiti təqdim olunub.
"Bundan əlavə, “Startap şəhadətnaməsi” adlı digər dəstək mexanizmimiz də var. Bu mexanizmin əsas mahiyyəti startapları 3 ilə qədər bütün növ vergilərdən azad etməkdir. Lakin praktikada görürük ki, bu şəhadətnamə startaplara bir sıra əlavə üstünlüklər də qazandırır".
Türkan İsgəndərli
tag: Zaur Qardaşov,KOBİA,Startap,Azərbaycan,Todaypress.tv,
