Ceyranbatan məktəbində zəhərlənmə iddiası təsdiqlənmədi - YENİLƏNDİ
Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbində baş vermis hadisə ilə bağlı Tibb müəssisəsindən əldə edilən məlumata əsasən qida zəhərlənməsi faktı öz təsdiqini tapmayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.
***
Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib.
TodayPress TV APA-ya istinadla xəbər verir ki, şagirdlərin "popkorn"dan zəhərləndiyi ehtimal olunur.
Hazırda məktəb ərazisinə təcili yardım briqadası cəlb edilib.