Bulvardakı əyləncə klubunda yararsız qida məhsulları aşkarlandı

Bulvardakı əyləncə klubunda yararsız qida məhsulları aşkarlandı
07.05.2026 17:28 Sosial

Dənizkənarı Milli Park ərazisində fəaliyyət göstərən "Hayal Kahvesi"ndə yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

Bu barədə TodayPress TV-yə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı yararlılıq müddəti bitmiş müxtəlif növ qida məhsulları (xardal, bəkməz, sous, sirop, əriştə, maya və sair), həmçinin qanunvericiliyə uyğun etiketlənməyən və müşayiətedici sənədləri olmayan pendir aşkarlanıb.

Eyni zamanda obyektdə mütəmadi olaraq təmizlik işlərinin aparılmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı, anbar sahəsində rəflərin yuyulabilən və gigiyenik materialdan təşkil olunmadığı və digər tələblərin pozulduğu müəyyən edilib.

Obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız qida məhsulları dövriyyədən çıxarılaraq məhv edilib.

TodayPress TV

FOTOLAR

Bulvardakı əyləncə klubunda yararsız qida məhsulları aşkarlandı — 1
Bulvardakı əyləncə klubunda yararsız qida məhsulları aşkarlandı — 2
Bulvardakı əyləncə klubunda yararsız qida məhsulları aşkarlandı — 3
Bulvardakı əyləncə klubunda yararsız qida məhsulları aşkarlandı — 4
XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər