Bakının məşhur klinikasında YANĞIN

Sosial

28.01.2026 18:07

Bakı şəhəri, Babək prospektində yerləşən "Baku Medical Plaza"da yanğın baş verib.

TodayPress TV xəbər verir ki, klinikadan Oxu.Az-a verilən məlumata görə, yanğın qısaqapanmadan baş verib.

Bildirilib ki, xəsarət alan olmayıb:

"Bu gün saat 13:50 radələrində "Baku Medical Plaza" klinikalar şəbəkəsinin Babək filialında qısaqapanma nəticəsində tüstülənmə hadisəsi qeydə alınıb. Tüstülənmə klinikanın birinci mərtəbəsində yerləşən boş həkim otaqlarından birində baş verib.

Hadisə baş verdiyi andan etibarən klinikanın daxili təhlükəsizlik və fövqəladə vəziyyət protokollarına uyğun olaraq operativ tədbirlər görülüb, tüstülənmə mənbəyi tam nəzarət altına alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda klinika fəaliyyətini adi rejimdə davam etdirir və tibbi xidmətlərin göstərilməsində hər hansı fasilə yaranmayıb".

tag: Baku Medical Plaza,Yanğın,Bakı,Klinika,Todaypress.tv,