Bakı, Abşeron, Sumqayıt və Naxçıvanda pensiyalar ödənildi

Bakı, Abşeron, Sumqayıt və Naxçıvanda pensiyalar ödənildi
10.12.2025 15:08 Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib.

TodayPress TV xəbər verir ki, bu barədə  Nazirlikdən məlumat verilib.

Habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin dekabr ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər