"Azəriqaz"dan Zabrat sakinlərinə XƏBƏRDARLIQ

"Azəriqaz"dan Zabrat sakinlərinə XƏBƏRDARLIQ
31.08.2026 23:50 Sosial

Sentyabrın 1-i Bakının bəzi ərazilərində qaz olmayacaq.

TodayPress TV xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 1-də saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Zabrat qəsəbəsində Yeni Sahə, M.İbrahimov, Turgenev, Ş.Əzizbəyov, Aydınlıq, X.Vəliyev, Vaqif, Nizami, Vidadi, N.Nərimanov, R.Axundov və Ə.Məmmədov küçələrinin, həmçinin Zərkənd və İstixana ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

XƏBƏR LENTİ
01 SENTYABR 2026
Bütün Xəbərlər