369 nəfərə sosial-hüquqi xidmət göstərilib

Sosial

19.01.2026 11:34

“2025-ci ildə Sosial Xidmətlər Agentliyinin regional filialları tərəfindən yüzlərlə vətəndaşa hüquqlarının qorunması məqsədilə sosial-hüquqi yardım göstərilib”.

TodayPress TV xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov agentliyin 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərinə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, göstərilən sosial xidmət növlərindən biri olan sosial-hüquqi xidmət vətəndaşlara hüquqi yardımın göstərilməsinə və onların hüquqlarının qorunmasına yönəlib:

“2025-ci il ərzində Agentliyin regional filialları tərəfindən sosial-hüquqi xidmət çərçivəsində 369 nəfərə qəyyumluq və himayəçilik sənədlərinin hazırlanmasında, həmçinin tənha ahıl vətəndaşların və əlilliyi olan şəxslərin sosial xidmət müəssisələrinə göndərilməsi üçün zəruri sənədlərin toplanılmasında köməklik göstərilib”.  

Qiymət Mahir

TodayPress TV

tag: SXA,Vüqar Behbudov,Yekun,Konfrans,Todaypress.tv,