16 minə yaxın şəxs mənzil və avtomobillə təmin olunub

Sosial

19.01.2026 11:20

2025-ci il ərzində sosial təminat tədbirləri çərçivəsində minlərlə vətəndaş mənzil, avtomobil və sanatoriya-kurort yollayışları ilə əhatə olunub. 

TodayPress TV xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov agentliyin 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərinə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu günədək 16 min mənzil vətəndaşlara təqdim olunub. Bunun 7 mindən çoxu postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar sosial müdafiəyə ehtiyacı olan şəxslərə verilib.

Vüqar Behbudov bildirib ki, avtomobillə təminat proqramı çərçivəsində də əhəmiyyətli nəticələr əldə olunub. Belə ki, indiyədək 7700 avtomobil təqdim edilib, onlardan 567-si postmüharibə dövründə verilib.

Sədr əlavə edib ki, sanatoriya-kurort yollayışları ilə təminat da diqqət mərkəzində saxlanılıb. 1620 nəfər sanatoriya-kurort yollayışı ilə təmin olunub, onlardan 96 nəfəri şəhid ailəsi üzvüdür.

Qiymət Mahir

TodayPress TV

tag: Vüqar Behbudov,SXA,Avtomobil,Mənzil,Todaypress.tv,