Tramp Dünya İqtisadi Forumunda çıxış edəcək

Siyasət

20.01.2026 21:17

ABŞ prezidenti Donald Trampın yanvarın 21-də İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda çıxış etməsi gözlənilir.

TodayPress TV xəbər verir ki, bu barədə “DPA” məlumat yayıb.

Məlumata görə, Donald Trampın Avropaya planlaşdırılan səfəri çərçivəsində hələlik Parisə rəsmi səfər etməsi nəzərdə tutulmur.

Qeyd edək ki, yanvarın 20-də ABŞ prezidenti Fransa prezidenti Emmanuel Makronun ona ünvanladığı şəxsi mesajı dərc edib. Həmin mesajda Makron yanvarın 22-də Parisdə G7 formatında görüşün keçirilməsini, eləcə də Rusiya və Ukraynanın bu görüşə dəvət olunmasını təklif edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə daha əvvəl Rusiyanın sözügedən görüşlə bağlı hər hansı dəvət almadığını açıqlayıb.

Yelisey Sarayı Emmanuel Makronun həqiqətən də belə bir mesaj göndərdiyini təsdiqləyib.

Nicat Osman

TodayPress TV

tag: ABŞ,Tramp,Davos,Çıxış,Todaypress.tv,