“Təzyiq qəbul edilə bilməz!” – Millət vəkili
Siyasət
06.03.2026 18:45
“Bir çox regional liderlər böhranlı vəziyyətlərdə diplomatik ifadələri yumşaltmağa çalışdıqları halda, Prezident İlham Əliyev mövqeyini açıq şəkildə ifadə edir və təhlükəsizlik məsələlərində kompromisə getmədiyini nümayiş etdirir”.
Milli Məclisin deputatı Jalə
Əliyeva bunu TodayPress TV-yə danışarkən deyib.
Pralamentari vurğulayıb ki, Prezidentin
Təhlükəsizlik Şurasının iclasındakı çıxışında diqqət çəkən əsas məqam Azərbaycanın
təhlükəsizliyinə qarşı hər hansı təhdidin cavabsız qalmayacağı barədə açıq və
birmənalı mövqenin ortaya qoyulması idi.
“Bu, diplomatik ritorikanın sərt
və aydın şəkildə ifadə olunması ilə yanaşı, dövlətin suverenlik və təhlükəsizlik
məsələlərində kompromisə getməyəcəyini göstərən mühüm siyasi mesajdır”.
Deputat bildirib ki, Azərbaycanın
ərazi təhlükəsizliyi və sərhəd toxunulmazlığı məsələsinin Prezident tərəfindən
“qırmızı xətt” kimi təqdim edilməsi beynəlxalq auditoriya üçün də aydın
mesajdır.
“İsrail analitikləri qeyd
edirlər ki, Azərbaycan həm regional güclərlə münasibətlərini balanslaşdırır, həm
də milli maraqlar məsələsində qətiyyətli mövqe nümayiş etdirir”.
O, həmçinin bildirib ki, Azərbaycanın
yerləşdiyi geosiyasi məkan son illərdə xüsusilə həssas təhlükəsizlik mühiti ilə
xarakterizə olunur. Cənubi Qafqaz regionunda enerji marşrutları, hərbi-siyasi
balans və böyük güclərin maraqları bir-biri ilə kəsişir. Bu baxımdan
Prezidentin sərt və prinsipial ritorikası həm daxili sabitliyi təmin etmək, həm
də xarici aktorlara aydın siqnal göndərmək məqsədi daşıyır.
“Analitiklər hesab edirlər ki,
bu mövqe Azərbaycanın son illərdə formalaşdırdığı aktiv və müstəqil xarici
siyasət kursunun davamıdır. Dövlət başçısı beynəlxalq platformalarda da dəfələrlə
vurğulayıb ki, ölkənin təhlükəsizliyi və suverenliyi məsələsində heç bir təzyiq
qəbul edilə bilməz. Başqa sözlə, Təhlükəsizlik Şurasının iclasında səsləndirilən
fikirlər yalnız konkret bir hadisəyə reaksiya deyil, eyni zamanda Azərbaycanın
regional siyasətinin prinsipial xəttini nümayiş etdirən strateji siyasi bəyanat
kimi qiymətləndirilə bilər”, - millət vəkili fikrini sonlandırıb.
Jalə Rövşən
tag: Milli Məclis,Jalə Əliyeva,Naxçıvan,Dron,Hücum,İran,Todaypress.tv,
