Paşinyan Putinə təcili zəng etdi - Nə danışıblar ?

Paşinyan Putinə təcili zəng etdi - Nə danışıblar ?
29.07.2026 12:01 Siyasət

Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında iyulun 27-də  telefon danışığı baş tutub. Təmas son aylarda iki ölkə arasında yaranmış gərginlik fonunda xeyli diqqət çəkir. 

TodayPress TV xəbər verir ki, "Ermənistanın İctimai Radiosu" nəşri danışığın əsasən Ermənistan mallarına Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər, Avropa Birliyi–Avrasiya İqtisadi İttifaqı (Aİİ) məsələsində mövqelər və ikitərəfli münasibətlərin gələcəyi ətrafında aparıldığını yazıb. 

Erməni ekspertlər bildirirlər ki, rəsmi açıqlamalarda konkret razılaşmanın əldə olunduğu görünmür. Onların qənaətinə görə, Paşinyan Moskva ilə dialoqu davam etdirməyə və iqtisadi problemlərin həllinə çalışsa da, Rusiya Ermənistanın Avropa İttifaqına inteqrasiya kursuna münasibətini dəyişməyib.

Eyni zamanda, İrəvan dəmir yolu infrastrukturunun bərpası və nəqliyyat əlaqələrinin açılması istiqamətində addımlarını davam etdirir.

Analitiklər hesab edirlər ki, tərəflər arasında müzakirələr avqustun 7–8-də Qırğızıstanda keçiriləcək Avrasiya İqtisadi İttifaqının hökumət başçılarının zirvə görüşü çərçivəsində də davam edə bilər.

Nəşr Paşinyanın təşəbbüsü ilə baş tutan telefon danışığından bir gün sonra Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə də telefon əlaqəsi saxlamasını diqqət çəkən məqam adlandırıb. Nəşr əlavə edib ki, bu dəfə  danışığın təşəbbüskarı Rusiya tərəfi olub.

Jalə Rövşən 

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər