“O pulu boşuna xərclədilər!” - Yurgen Kloppun sözləri gündəmi silkələdi!
Almaniya millisinin baş məşqçisi Yurgen Klopp “Liverpul”un “Bayer Leverkuzen”dən yarımmüdafiəçi Florian Virtsi transfer etməməsini tövsiyə etdiyini etiraf edib.
TodayPress TV xəbər verir ki, Klopp “FullTime Report”a açıqlamasında bildirib:
“Eşitdim ki, onlar onu transfer etmək istəyirlər. Zəng edib dedim ki, Bundesliqa Premyer Liqadan fərqlənir və Virtsi almamağı məsləhət gördüm. Amma onlar israr etdilər və hər halda onu Leverkuzendən aldılar. Söhbət Virtsin pis oyunçu olmasından getmir, sadəcə, onu Leverkuzendə izləyəndə bilirdim ki, Premyer Liqada uğur qazanmaq onun üçün çətin olacaq, çünki burada intensivlik tamamilə başqadır. Onlar bunu etiraf etməzlər, amma indi onun üçün belə dəli pullar ödədiklərinə peşmandırlar. Əgər mənim məsləhətimə qulaq assaydılar, bunların heç biri baş verməzdi”.
Xatırladaq ki, xavbek 2025-ci ilin yayında İngiltərə klubuna keçmişdi. Klopp isə həmin vaxta qədər “Liverpul”u çalışdırırdı.
Namiq HUN