Tarixi səhvdən sonra tənqidlərə tuş gələn Noyerə arxa durdular!

Tarixi səhvdən sonra tənqidlərə tuş gələn Noyerə arxa durdular!
12.10.2026 17:27 İdman

"Bavariya"nın Müşahidə Şurasının üzvü və fəxri prezidenti Uli Hönes Bundesliqanın V turunda "Auqsburq"la matçda (2:2) qapıçı Manuel Noyerin buraxdığı səhvi şərh edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Bayern & Germany” məlumat yayıb.

Həmin görüşdə qolkiperin etdiyi kobud səhv nəticəsində rəqib matçın altıncı saniyəsində hesabı açıb ki, bu da liqa tarixinin ən sürətli qollarından biri olub.

Jurnalistlərin "Auqsburq"la matçdakı səhvdən sonra Manuel Noyerin dövrü başa çatır? sualına Hönes kəskin şəkildə cavab verib:

"Xeyr, qətiyyən yox. Hər kəsin bəzən səhv etməyə haqqı var. Üstəlik, mən Coşua Kimmix ətrafında yaradılan süni hay-küyü də tamamilə mənasız hesab edirəm. İndi həddindən artıq təriflənən oyunçular əvvəlcə öz klublarında əsas heyətdə möhkəmlənməlidirlər".

Xatırladaq ki, dramatik keçən görüşdə "Bavariya" 0:2 geriyə düşməsinə baxmayaraq, hesabı bərabərləşdirməyi bacarıb - 2:2.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 OKTYABR 2026
Bütün Xəbərlər