Azərbaycan-İran arasında tranzit bərpa olundu

Azərbaycan-İran arasında tranzit bərpa olundu
09.03.2026 10:21 Siyasət

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) bu gün saat 10:00-dan etibarən bərpa olunub.

Bu barədə TodayPress TV-yə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 5 mart tarixli 66 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) müvəqqəti olaraq dayandırılmışdı.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər