Socar BP-dən daha böyük oldu
Britaniyanın BP şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) və Bakı-Supsa boru kəmərlərinin operatorluğunu Azərbaycan tərəfinə ötürür.
TodayPress TV xəbər verir ki, 1 iyul tarixindən etibarən SOCAR rəsmi olaraq Bakı-Tbilisi-Ceyhan boru kəmərinin operatoru statusunu əldə edəcək.
Bu addım 20 il əvvəl BP ilə SOCAR arasında imzalanmış müqaviləyə əsaslanır. Hazırda SOCAR-ın BTC boru kəmərindəki payı 32,97% təşkil edir ki, bu da BP-nin payından daha yüksəkdir.
Digər tərəfdən, iyunun 8-də BP Bakı-Supsa boru kəmərinin idarəçiliyini Azərbaycan və Gürcüstandakı sahiblərinə təhvil verəcək.
10 il əvvəl imzalanmış xüsusi müqaviləyə əsasən, boru kəmərinin istismar müddəti 2026-cı ilin iyun ayında başa çatır və kəmər ilkin sahibləri olan Azərbaycan və Gürcüstan dövlətlərinə qaytarılacaq.
Bu dəyişikliklər Azərbaycanın enerji infrastrukturunda yerli idarəçiliyin güclənməsini və strateji obyektlər üzərində nəzarətin artırılmasını əks etdirir.
Qeyd edək ki, BTC boru kəməri Xəzər dənizi neftinin beynəlxalq bazarlara çıxarılmasında mühüm rol oynayır.
Jalə Rövşən