"Dizel ucuzlaşa bilər": Yanacaq qiymətləri üçün KRİTİK İKİ HƏFTƏ!

Sənaye və energetika

08.04.2026 13:23

ABŞ-də benzin qiymətlərinin yaxın günlərdə aşağı düşəcəyi gözlənilir.

TodayPress TV "Axios"a istinadən xəbər verir ki, bunu analitik, "GasBuddy" şirkətinin neft təhlili rəhbəri Patrik De Haan bildirib.

O qeyd edib ki, qiymətlər gündəlik olaraq bir neçə sent azalaraq eniş trendinə keçə bilər.

“Qiymətlər yaxın bir-iki həftə ərzində gallon üçün 4 dollardan aşağı düşə bilər”, — deyə De Haan bildirib.

Məlumata görə, hazırda ABŞ-də orta benzin qiyməti 4,14 dollar təşkil edir.

Qeyd olunur ki, son bir ayda İranla bağlı münaqişə fonunda qiymətlər 70 sentdən çox artmışdı və bu vəziyyət ABŞ Prezidenti Donald Tramp üçün siyasi baxımdan əlavə təzyiq yaradıb.

Bununla yanaşı, ABŞ-nin İranla Pakistanın təklif etdiyi iki həftəlik atəşkəsə razılaşmasından sonra neft qiymətləri kəskin ucuzlaşıb.

De Haan əlavə edib ki, dizel qiymətləri bir qədər gec ucuzlaşa bilər, lakin rekord səviyyəyə çatmayacaq:

“Dizel qiymətləri bir qədər geridə qala bilər, amma artıq rekord səviyyəyə çatması gözlənilmir”.

Məlumata görə, dizelin orta qiyməti hazırda 5,646 dollar təşkil edir və bu, 2022-ci ildə qeydə alınmış 5,816 dollarlıq rekord səviyyəyə yaxınlaşıb.

Ekspert daha sonra qeyd edib ki, bu proqnozlar mövcud bazar vəziyyətinə əsaslanır və vəziyyətin inkişafından asılı olaraq dəyişə bilər.

Qiymət Mahir

tag: ABŞ, Patrik De Haan,Benzin ,Neft,TodayPress TV,