“Zəfərdən qələmə” pyes müsabiqəsinin qalibləri məlum oldu

Mədəniyyət

08.11.2025 16:46

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Zəfərdən qələmə” pyes müsabiqəsi yekunlaşıb.

TodayPress TV xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat verib.

Qeyd olunub ki, müsabiqə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbənin beşinci ildönümünə həsr olunub və milli dramaturgiyada yeni bədii əsərlərin yaranmasını stimullaşdırmaq məqsədi daşıyıb.

Müsabiqəyə təqdim olunan pyeslərdə həmçinin 2023-cü ildə Qarabağ bölgəsində aparılan antiterror tədbirləri, onların psixoloji və sosial təsirləri, qəhrəmanlıq nümunələri və xalqımızın Zəfər ruhu öz əksini tapmalı idi.

Əsərlər Mədəniyyət Nazirliyinin əmri ilə yaradılmış komissiya tərəfindən qiymətləndirilib və nəticələrə əsasən qaliblər müəyyənləşdirilib.

Birinci yerə “Killigil əfsanəsi” pyesi ilə Pərviz Seyidli (3000 manat), ikinci yerə “Aslan gözü” əsəri ilə Aytac Məmmədli (2500 manat), üçüncü yerə isə “Kimsəsiz” pyesi ilə Hikmət Orhun (1500 manat) layiq görülüblər.

TodayPress TV


tag: “Zəfərdən qələmə” pyes müsabiqəsi,Mədəniyyət Nazirliyi ,Azərbaycan Teatr Xadimləri İttifaqı,Qalib ,Todaypress.tv,