Vyetnamdan tarixi qərar: Ölüm hökmü ləğv edildi

Vyetnamdan tarixi qərar: Ölüm hökmü ləğv edildi
21.11.2026 11:50 Dünya

Vyetnam narkotik qaçaqmalçılığı və bir sıra digər cinayətlərə görə ölüm hökmünü ləğv edib.

TodayPress TV xəbər verir ki, "Channel News Asia"nın məlumatına görə, qərar noyabrın 20-də Cinayət Məcəlləsinə edilən dəyişikliklər çərçivəsində qəbul olunub.

Yeni qanunvericiliyə əsasən, ölüm cəzası yalnız dörd cinayət növünə – dövlətə xəyanət, qətl, terrorizm və qanunsuz narkotik istehsalına görə saxlanılıb.

Narkotik qaçaqmalçılığı, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri, üsyan və yetkinlik yaşına çatmayan şəxslərin zorlanması kimi əməllərə görə isə maksimum cəza ömürlük həbs olacaq.

Vyetnamın İctimai Təhlükəsizlik naziri Leonq Tam Kuanq bildirib ki, narkotik qaçaqmalçılığı ilə məşğul olan bəzi şəxslər aldadılaraq və ya məcbur edilərək bu fəaliyyətə cəlb olunurlar. Onun sözlərinə görə, belə şəxslərin islah olunması və cəmiyyətə qaytarılması üçün imkan yaradılmalıdır.

Qeyd edək ki, Vyetnam son illərdə ölüm hökmünün tətbiq olunduğu cinayətlərin sayını mərhələli şəkildə azaldır. 1985-ci ildə ölkənin Cinayət Məcəlləsində 44 cinayət növü üçün ölüm cəzası nəzərdə tutulurdu.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 NOYABR 2026
Bütün Xəbərlər