Cüdoçumuz dünya çempionatının finalında

Cüdoçumuz dünya çempionatının finalında
21.11.2026 13:22 İdman

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatında Azərbaycan millisinin üzvü Ramazan Əhmədov finala yüksəlib.

TodayPress TV xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz yarımfinalda Türkiyə təmsilçisi Mahmutcan Madeni tam üstünlüklə məğlub edərək həlledici görüşə vəsiqə qazanıb.

100 kq çəki dərəcəsində çıxış edən Davud Namazlı isə 1/4 finalda Qazaxıstan təmsilçisi Sanzhar Yerulanulıya məğlub olub. O, təsəlliverici görüşdə Fransa cüdoçusu Gaya Sonntag ilə qarşılaşacaq.

Azərbaycan ilk iki yarış gününü bir bürünc medalla başa vurub. Həmin mükafatı 66 kq çəki dərəcəsində Məhəmməd Musayev qazanıb.

TodayPress TV

XƏBƏR LENTİ
21 NOYABR 2026
Bütün Xəbərlər