Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın hərbi ittifaqına yeni ölkələr qoşula bilər

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın hərbi ittifaqına yeni ölkələr qoşula bilər
21.11.2026 13:33 Dünya

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Müdafiə Paktı digər ölkələrin də üzvlüyünə açıqdır.

TodayPress TV “Al Jazeera”ya istinadən məlumatına görə, bunu Türkiyə Prezidentinin baş müşaviri Çağrı Ərhan bildirib.

Ərhan vurğulayıb ki, saziş heç bir regional ölkəyə qarşı yönəlməyib və Türkiyənin mövcud hərbi ittifaqlarına alternativ deyil, onları tamamlayır.

Qeyd edək ki, Məkkə Müdafiə Paktı bu ilin avqust ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb.

Sazişə əsasən, iştirakçı ölkələrdən birinə qarşı silahlı hücum bütün üzvlərə qarşı hücum kimi qiymətləndiriləcək.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 NOYABR 2026
Bütün Xəbərlər