İran ABŞ-yə meydan oxudu: Müharibəyə tam hazırıq

İran ABŞ-yə meydan oxudu: Müharibəyə tam hazırıq
21.11.2026 14:05 Dünya

İran ABŞ ilə mümkün müharibəyə hazır olduğunu bəyan edib və Vaşinqtonu Tehranın şərtlərini qəbul etməyə çağırıb.

TodayPress TV xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əbülfəzl Zöhrəvənd bildirib.

Deputatın sözlərinə görə, ABŞ İranın əvvəlcədən müəyyən etdiyi razılaşma şərtlərini qəbul etməsə, Tehran hərbi qarşıdurmaya hazırdır.

Zöhrəvənd qeyd edib ki, mümkün müharibə ABŞ üçün danışıqlar yolu ilə əldə edə biləcəyindən daha ağır nəticələrə səbəb ola bilər.

O, Vaşinqtonun İranla digər ölkələrə münasibətdə tətbiq etdiyi siyasəti həyata keçirə bilməyəcəyini vurğulayıb.

Deputatın fikrincə, ABŞ ilə əvvəlki danışıqlar yanaşması İran üçün müsbət nəticə verməyib. O, mövcud vəziyyətdə Tehranın maraqlarının nəzərə alınması üçün Vaşinqtona qarşı sərt mövqe nümayiş etdirilməsini zəruri hesab edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 NOYABR 2026
Bütün Xəbərlər