Zelenskidən Putinə: “O anlamalıdır ki, Krım körpüsü salamat qalmayacaq”

Zelenskidən Putinə: “O anlamalıdır ki, Krım körpüsü salamat qalmayacaq”
21.11.2026 12:03 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Krım körpüsünün Kiyev üçün qanuni hərbi hədəf olduğunu və ona zərbələrin davam edə biləcəyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, Zelenski bu barədə noyabrın 20-də "NBC" telekanalına müsahibəsində danışıb.

Ukrayna lideri bildirib ki, Rusiya Krım körpüsündən yarımadaya silah və hərbi texnika daşınması üçün istifadə edir.

O, Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsindən sonra yarımadanı öz ərazisi kimi təqdim etdiyini, lakin bu addımın beynəlxalq səviyyədə tanınmadığını qeyd edib.

Qeyd edək ki, noyabrın 16-dan etibarən Krım körpüsündə baş verən zərbələr nəticəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Rusiya Baş nazirinin müavini Marat Xusnullin noyabrın 20-də körpünün əsas aşırım tirinin və tağının zədələndiyini, bərpa müddətinin isə hələ müəyyən edilmədiyini açıqlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 NOYABR 2026
Bütün Xəbərlər