Kim Çen In Trampın görüş təklifinə məhəl qoymadı
Şimali Koreya lideri Kim Çen In ABŞ Prezidenti Donald Trampın görüş təklifinə münasibət bildirmədən ölkədə məktəb avadanlıqları istehsal edən müəssisəyə baş çəkib.
TodayPress TV xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Kim Çen In fabrikdə dərsliklərə, məktəb mebellərinə və tədris avadanlıqlarına baxış keçirib.
Səfər zamanı o, elm və təhsilin gələcək nəsillərin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
Qeyd edək ki, Donald Tramp Asiya turnesi çərçivəsində Kim Çen Inla görüşmək ehtimalını gündəmə gətirsə də, tərəflər arasında görüş baş tutmayıb. Pxenyan da Vaşinqtonun bu təklifinə hələlik münasibət bildirməyib.
Xatırladaq ki, Tramp ilk prezidentlik dövründə Kim Çen Inla üç dəfə görüşüb. Lakin həmin danışıqlar Şimali Koreyanın nüvə proqramının məhdudlaşdırılması ilə bağlı konkret razılaşma ilə nəticələnməyib.
Analitiklərin fikrincə, Şimali Koreyanın Rusiya və Çinlə əlaqələrini gücləndirməsi Vaşinqtonla dialoqun bərpasını çətinləşdirən amillərdəndir.
Türkan İsgəndərli