İraqda elektrik stansiyasında yanğın: Ölən və yaralananlar var

İraqda elektrik stansiyasında yanğın: Ölən və yaralananlar var
21.11.2026 15:52 Dünya

İraqın cənubundakı Bəsrə əyalətində yerləşən Əl-Harta elektrik stansiyasında güclü yanğın baş verib. Hadisə nəticəsində azı 4 nəfər ölüb, 35 nəfər yaralanıb.

TodayPress TV xəbər verir ki, İraq təhlükəsizlik mənbələri yanğının şənbə günü baş verdiyini açıqlayıb.

İlkin məlumata görə, yanğın elektrik stansiyasının ərazisində qaz boru kəmərinin partlaması nəticəsində başlayıb.

Hadisə yerinə mülki müdafiə qüvvələri cəlb olunub. Yaralılar müxtəlif dərəcəli yanıqlar və tüstüdən zəhərlənmə səbəbindən xəstəxanalara çatdırılıblar.

Yerli mediada yayılan görüntülərdə ərazidə güclü alov, qatı tüstü, yanmış avtomobillər və zədələnmiş tikililər əks olunub.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 NOYABR 2026
Bütün Xəbərlər