Təyyarədə yanğın həyəcanı: 146 nəfərin olduğu sərnişin təyyarəsi təcili eniş etdi

Təyyarədə yanğın həyəcanı: 146 nəfərin olduğu sərnişin təyyarəsi təcili eniş etdi
21.11.2026 13:50 Dünya

Honkonqdan Papua Yeni Qvineyaya uçan sərnişin təyyarəsi mühərrikdə yanğın siqnalının işə düşməsindən sonra Filippində təcili eniş edib.

TodayPress TV xəbər verir ki, "Associated Press"in məlumatına görə, "Air Niugini" aviaşirkətinə məxsus "Boeing 767" təyyarəsində 137 sərnişin və 9 ekipaj üzvü olub.

Filippin Mülki Aviasiya İdarəsi hadisə nəticəsində xəsarət alan olmadığını açıqlayıb.

Məlumata görə, pilotlar təyyarənin sağ mühərrikində mümkün qığılcım və ya yanğın barədə xəbərdarlıq alıblar. Ekipaj təhlükəsizlik prosedurlarını yerinə yetirərək Davao Beynəlxalq Hava Limanına təcili eniş edib.

Sərnişinlər və ekipaj üzvləri təyyarəni qəza pilləkənləri vasitəsilə tərk edərək terminala aparılıb, daha sonra otellərdə yerləşdiriliblər.

Hadisə səbəbindən hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb və iki daxili reys ləğv edilib. Təhlükəsizlik yoxlamalarından sonra hava limanı normal fəaliyyətini bərpa edib.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 NOYABR 2026
Bütün Xəbərlər