ABŞ-nin İtaliyadakı hərbi bazasında həyəcan: Naməlum PUA aşkarlandı

ABŞ-nin İtaliyadakı hərbi bazasında həyəcan: Naməlum PUA aşkarlandı
21.11.2026 14:36 Dünya

İtaliyanın Siciliya adasındakı ABŞ hərbi bazasında naməlum pilotsuz uçuş aparatının aşkarlanmasından sonra həyəcan siqnalı verilib.

TodayPress TV xəbər verir ki, “Repubblica” qəzetinin məlumatına görə, hadisə noyabrın 20-də axşam saatlarında Siqonella hərbi bazasında baş verib.

Məlumata əsasən, PUA-nın uçuş-enmə zolağı üzərində müşahidə olunması ilə bağlı məlumatdan sonra ABŞ-yə məxsus KC-135 Stratotanker təyyarəsinin heyətinə bazaya eniş etməmək əmri verilib. Təyyarə İtaliyanın şimal-şərqində yerləşən Aviano hərbi bazasına yönləndirilib.

Qəzet qeyd edir ki, İtaliya və ABŞ rəsmiləri hadisə ilə bağlı məlumatı nə təsdiqləyib, nə də təkzib ediblər.

Nəşr daha əvvəl, avqustun 13-də də Neapoldakı ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı Donanma komandanlığının naməlum PUA ilə bağlı xəbərdarlıq yaydığını xatırladıb. Həmin hadisə Kapodiçino hava limanının hərbi sektorunda uçuşların dayandırılmasına səbəb olmuşdu.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 NOYABR 2026
Bütün Xəbərlər