Nigar Arpadarai COP30 çərçivəsində Braziliyada keçirilən parlament görüşündə çıxış etdi
Mədəniyyət
15.11.2025 11:19
Nigar Arpadarai COP30 çərçivəsində Belem şəhərində keçirilən parlament görüşündə ölkəmizi təmsil edib.
TodayPress TV xəbər verir ki, Milli Məclisin deputatı, COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Braziliyanın Belem şəhərində COP30 çərçivəsində keçirilən parlament görüşündə iştirak edib.
COP zamanı milli parlamentlər üçün əsas platforma kimi qəbul olunan Parlamentlərarası İttifaqın Parlament Görüşü qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə parlamentlərin rolunun gücləndirilməsinə və ortaq həll yollarının müəyyənləşdirilməsinə xidmət edir.
Bu ilki tədbir Braziliya Parlamenti və Parlamentlərarası İttifaq tərəfindən birgə təşkil olunub.
Nigar Arpadarai görüş çərçivəsində keçirilən “Milli səviyyədə müəyyən edilmiş töhfələrin (NDC-lərin) həyata keçirilməsi üçün parlamentar fəaliyyətinin gücləndirilməsi” mövzusunda panel müzakirəsində çıxış edib.
Deputat ötən il Bakıda keçirilən COP29-un nəticələrinin tarixi əhəmiyyətini vurğulayıb, iqlim dəyişmələri ilə mübarizə sahəsində parlamentlərin fəal rolunun gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
tag: Nigar Arpadarai,COP30,Belem,Parlament görüşü,Todaypress.tv,
