“Nağıllar aləmi İçərişəhər” adlı uşaq festivalı keçirilir
Mədəniyyət
01.06.2025 11:50
İyunun 1-də – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İçərişəhərdə “Nağıllar aləmi İçərişəhər” adlı uşaq festivalı keçirilir.
TodayPress TV AZƏRTAC-a istinadən xəbər verir ki, Şirvanşahlar sarayı kompleksi meydanından uşaqların paradı ilə başlayan festival Qız Qalası meydanı, Qoşa Qala meydanı, Qüllə küçəsi, Bakı Xanlar Bağı, Arxeoloji Bağ, Kiçik Qala küçəsi, Dördbucaqlı Qala, Bakı Fotoqrafiya Evi və İçərişəhərin müxtəlif qalereyalarında davam edəcək.
Məkanlar nağıl personajlarının dekorasiyaları, interaktiv pavilyonlar, ustad dərsləri, teatr çıxışları və yaradıcı oyun zonaları ilə bəzədilib.
Tədbir balacaların üzündə təbəssüm, qəlbində isə əsl bayram sevinci yaradıb.
Festivalın əsas məqsədi uşaqlara xoş ovqat bəxş etməklə yanaşı, onların yaradıcılıq potensialını üzə çıxarmaq, milli-mədəni irsimizi tanıtmaqdır.
tag: Uşaqların Beynəlxalq Müdafiəsi Günü,İçərişəhər,“Nağıllar aləmi İçərişəhər”,Festival,Todaypress.tv,