Azərbaycan nümayəndə heyəti Daşkənddə beynəlxalq konqresə qatıldı

Mədəniyyət

14.11.2025 12:42

Mədəniyyət naziri Daşkənddə keçirilən “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” mövzusunda beynəlxalq konqresdə iştirak edir.

TodayPress TV xəbər verir ki, 13-15 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” mövzusunda beynəlxalq konqres keçirilir.

Özbəkistan İslam Sivilizasiyası Mərkəzində işinə başlayan konqresdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir. 

Tədbir iştirakçıları əvvəlcə İslam Sivilizasiyası Mərkəzində muzey eksponatlarından ibarət sərgi ilə tanış olublar. Sonra sənədli film nümayiş etdirilib. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin beynəlxalq konqres iştirakçılarına müraciəti oxunub. 

Konqres daha sonra plenar iclasla davam edib.

TodayPress TV 

tag: “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik”,Mədəniyyət Nazirliyi ,Özbəkistan,Daşkənd,