AzTV-nin iki əməkdaşı işdən çıxdı

AzTV-nin iki əməkdaşı işdən çıxdı
03.11.2026 15:31 Mədəniyyət

Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr dəyişikliyi baş verib.

TdayPress TV xəbər verir ki, AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsindən ayrılan Rüfət Seyidovun həyat yoldaşı Vəfa Seyidova da telekanaldakı fəaliyyətini başa vurub.

O, paylaşımında bu sözləri qeyd edib:

"AzTV-də Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsində fəaliyyətimi yekunlaşdırdım. Bu müddətdə xeyli iş gördüm və xeyli gözəl insan tanıdım. Mediada dəyərli yoldaşlarla çiyin-çiyinə çalışdım. Möhtəşəm insanlardan ibarət komanda qurduq və hədəflərə çatdıq. AZTV mənə çox şeyi öyrətdi. Bu ailənin bir üzvü olmaq mənim üçün çox xoş idi. Komandama uğurlar arzulayıram. Çünki onlar hər şeyin ən yaxşısına layiqdirlər. Uğur olsun AzTV. Yanımda olanlar, dəyərinizin fərqindəyəm".

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) daha bir əməkdaş işdən ayrılıb.

İşdən ayrılmağı ilə bağlı Vəfa Seyidova da sosial şəbəkə hesabında paylaşım edib.

“Möhtəşəm məktəb idin, AzTV. Karyeramın ənlərini burada yaşadım. İşlədiyim müddət ərzində başda sədrimiz olmaqla, rəhbərliyin göstərdiyi etimad və mənim bu etimad qarşılığında göstərdiyim səy bu 3 ildə əla nəticələr ortaya qoydu. Hər şeyə görə çox sağ ol, doğma kanal. Mənim işığım isə başqa yolları aydınlatmağa davam edəcək”, – deyə o bildirib.

TdayPress TV

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər