Zaman geriyə axsaydı nə olardı? – Alimləri təəccübləndirən kəşf

Zaman geriyə axsaydı nə olardı? – Alimləri təəccübləndirən kəşf
04.10.2026 05:20 Maraqlı

Fiziklər zamanın əksinə çevrilmə simmetriyasını pozan xüsusi tipli superkeçiricini ilk dəfə aşkar ediblər. Material heç bir xarici təsir olmadan öz daxilində maqnit sahəsi yaradır.

TodayPress TV xəbər verir ki, sözügedən tədqiqatın nəticələri “Physical Review Letters” jurnalında dərc olunub.

Superkeçiricilik materialın elektrik cərəyanını heç bir müqavimət olmadan keçirdiyi vəziyyətdir. Adətən superkeçiricilərdə elektronlar “Kuper cütləri” adlanan cütlərə birləşir. Lakin tədqiq edilən itterbium diantimonidində (YbSb₂) elektronlar qeyri-adi şəkildə, spin-triple konfiqurasiyasında cütləşir və nəticədə öz maqnit momenti yaranır.

Məhz bu maqnit momenti zaman simmetriyasını pozur. Başqa sözlə, zamanın geriyə doğru axdığı təsəvvür edilərsə, sistem əvvəlkindən fərqli görünərdi. Adi superkeçiricilərdə isə belə hal baş vermir. Üstəlik, maqnit sahəsi xarici maqnit olmadan, öz-özünə yaranır.

Belə xüsusiyyətin sadə, birinci tip superkeçiricidə aşkar edilməsi alimlər üçün gözlənilməz olub.

Tədqiqatın nəticələri kvant kompüterləri üçün də əhəmiyyət daşıya bilər. Belə materiallarda kvant məlumatlarını xarici mühitin təsirindən daha yaxşı qoruyan xüsusi dayanıqlı vəziyyətlərin yarana biləcəyi ehtimal edilir.

Alimlər bildirirlər ki, hələlik bu, fundamental elmi nəticədir və real qurğuların yaradılmasına qədər uzun yol var. Bununla belə, kəşf superkeçiricilərin mümkün xüsusiyyətləri və gələcək kvant texnologiyaları üçün materialların axtarışı barədə təsəvvürləri genişləndirir.

Aysel Mətləb

XƏBƏR LENTİ
04 OKTYABR 2026
Bütün Xəbərlər