Altman: "Süni intellektə dini əhəmiyyət vermək təhlükəsizlik məsələsidir"

Altman: "Süni intellektə dini əhəmiyyət vermək təhlükəsizlik məsələsidir"
03.10.2026 23:29 Dünya

"OpenAI" rəhbəri Sem Altman süni intellekt modellərinə dini məna vermək cəhdlərinin onda ciddi narahatlıq doğurduğunu bildirib.

TodayPress TV "Axios"a istinadən verir, Altman AI-yə dini qüvvə aid etmək və ya insan əvəzinə qərar qəbuletmə hüququnu ona həvalə etmək ideyasının onun üçün son dərəcə narahatlıq yaratdığını bildirib.

Onun sözlərinə görə, bu cür cəhdlər təhlükəsizlik üçün real təhdid yarada bilər.

Bu bəyanat "Anthropic" şirkətinin süni intellektin şüuru və mənəviyyatı məsələləri üzərində işləməsi barədə xəbərlər fonunda səslənib. Bildirilir ki, şirkətin həmtəsisçisi Kristofer Ola AI-nin şüuru və mənəvi davranışı məsələlərini müzakirə etmək üçün müxtəlif dinlərin nümayəndələri ilə görüşüb.

"The New York Times"ın yazdığına görə, Ola həmçinin AI üçün özünəməxsus katolik günahçıxarma üsulundan istifadə olunması imkanını da nəzərdən keçirib – bu, yalnız modellərin səhvlərini etiraf etməsi üçün deyil, həm də onların sonrakı davranışını dəyişdirmək üçündür.

AI-nin mənəviyyatı və şüuru mövzusu son zamanlar süni intellektin gələcəyi ətrafında ən çox müzakirə olunan mövzulardan birinə çevrilir. Bir sıra mütəxəssislər modellərə xüsusi mənəvi statusun verilməsi ideyasına qarşı açıq şəkildə çıxış edirlər.

"OpenAI" və "Anthropic" hələlik Altmanın bəyanatlarını şərh etməyiblər.

Gültac Mehdizadə

XƏBƏR LENTİ
04 OKTYABR 2026
Bütün Xəbərlər