ABŞ və Çin bu sahədə razılığa gəldi
ABŞ və Çin süni intellekt (AI) texnologiyalarının hansı sahələrdə tətbiq edilməməsi ilə bağlı razılaşma əldə edə bilər.
TodayPress TV xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent “Axios” portalına müsahibəsində bildirib.
“Düşünürəm ki, modellərin konkret olaraq nə etməməli olduğu barədə razılığa gələ bilərik”, - deyə nazir bildirib.
Bessent, həmçinin ABŞ və Çin arasında süni intellektlə bağlı məsələlər üzrə müəyyən məlumatlandırma mexanizminin yaradılmasının tərəfdarı olduğunu deyib. O, Pekinin bununla razılaşacağına əmin olduğunu bildirib.
ABŞ və Çinin hazırladığı süni intellekt modellərinin imkanları barədə bir-birinə məlumat verməsinin məqsədəuyğun olub-olmadığı ilə bağlı suala Bessent “yəqin ki, yox” cavabını verib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp sentyabrın sonunda Vaşinqton administrasiyasının süni intellektin hazırlanması sahəsində Çinlə sıx əməkdaşlığa can atmadığını bildirib. O, bunun səbəbinin məxfi məlumatların açıqlanmasını istəməmələri olduğunu deyib.
Aysel Mətləb