Tramp Rusiya və Çinin peyk şəbəkəsini bloklayacaq? – Kiyevin tələbi bəlli oldu
ABŞ Prezidenti Donald Tramp “Rassvet” peyk sisteminin yaradılmasında iştirak edən Rusiya və Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edə bilər.
TodayPress TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri Ukraynaya qarşı müharibə zamanı Amerikanın “Starlink” sisteminə çıxışını itirdikdən sonra Moskva öz peyk şəbəkəsinin hazırlanmasını sürətləndirib.
Zelenski Çinin Rusiyaya “Starlink”ə analoji sistem yaratmaqda həqiqətən kömək etdiyini təsdiqləyib.
Aysel Mətləb