Rusiyada yüzlərlə PUA ələ keçirildi
Rusiyada yüzlərlə Ukrayna pilotsuz uçuş aparatının ələ keçirildiyi və məhv edildiyi bildirilib.
TodayPress TV "Interfax"a istinadən xəbər verir ki, Rusiyanın HHM vasitələri şənbə günü səhər saat səkkizdən axşam saat səkkizədək Ukraynaya məxsus 244 pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, dronlar Belqorod, Bryansk, Kaluqa, Kursk, Oryol, Smolensk və Tula vilayətləri, habelə Adıgey, Krım, Krasnodar diyarı, Azov və Qara dənizlər üzərində vurulub.
Gültac Mehdizadə