"Turan Tovuz" yoldaşlıq oyununda "Fənərbağça" ilə qarşılaşdı

"Turan Tovuz" yoldaşlıq oyununda "Fənərbağça" ilə qarşılaşdı
03.10.2026 22:30 Dünya

"Turan Tovuz" yoldaşlıq oyununda Türkiyənin "Fənərbağça" komandası ilə qarşılaşıb.

TodayPress TV xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç İstanbul kollektivinin 2:0 hesablı qələbəsi ilə bitib.

Hesabı 60-cı dəqiqədə Fransa millisinin üzvü Nqolo Kante açıb. Digər qolu isə 74-cü dəqiqədə Çağrı Balta aktivinə yazdırıb.

Qeyd edək ki, qarşılaşmanı azərbaycanlı baş hakimi Rəvan Həmzəzadə idarə edib. Oyundan əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

XƏBƏR LENTİ
03 OKTYABR 2026
Bütün Xəbərlər