Moskvadan Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:  "Regionu parçalayırlar!"

Moskvadan Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:  "Regionu parçalayırlar!"
03.10.2026 22:55 Dünya

Bəzi dövlətlər Cənubi Qafqaz ölkələrini parçalamağa çalışırlar.

TodayPress TV xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

"Qafqaza gəlincə, bəli, ayrı-ayrı dövlətlər hazırda orada nə isə qarışıqlıq yaratmağa çalışırlar. Cənubi Qafqaz ölkələrini parçalamağa can atırlar. Bu, həqiqətdir. Biz bunu ehtiyatla izləyirik", - deyə o vurğulayıb.

Medvedev əlavə edib ki, Rusiya regional problemlərini, o cümlədən Qafqazdakı məsələləri müstəqil şəkildə həll edir. O, Rusiyanın Qafqazın bir hissəsi olduğunu və region ölkələri ilə birlikdə “dostluq etmək, ticarət aparmaq və inkişaf etmək” üçün heç kimə ehtiyacı olmadığını deyib.

Aysel Mətləb

XƏBƏR LENTİ
03 OKTYABR 2026
Bütün Xəbərlər