"Fənərbağça" Azərbaycana təşəkkür etdi: "Yaxşı ki, varsınız!"

"Fənərbağça" Azərbaycana təşəkkür etdi: "Yaxşı ki, varsınız!"
04.10.2026 00:59 İdman

“Fənərbağça” futbol klubu Azərbaycana səfəri zamanı göstərilən qonaqpərvərliyə görə təşəkkür edib.

TodayPress TV xəbər verir ki, klub bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“İki qardaş ölkənin güclü bağlarını bir daha hiss etdiyimiz Azərbaycanda olduğumuz müddət ərzində bizi böyük sevgi və qonaqpərvərliklə qarşılayan “Turan Tovuz” klubunun prezidenti Ehtiram Quliyevə, İdarə Heyətinə və can Azərbaycan xalqına təşəkkürümüzü bildiririk.

“Çubuqlu”nu tək qoymayan, sevgisini və dəstəyini hər an yanımızda hiss etdirən Azərbaycandakı azarkeşlərimizə, eləcə də komandamızı dəstəkləmək üçün Azərbaycana gələn azarkeşlərimizə sonsuz təşəkkürlərimizi çatdırırıq.

Yaxşı ki, varsınız, yaxşı ki, “Fənərbağça”lıyıq!”, – deyə paylaşımda qeyd olunub.

Aysel Mətləb

XƏBƏR LENTİ
04 OKTYABR 2026
Bütün Xəbərlər