Döyüşlər Ay ətrafına keçir? Pentaqon rəhbəri planı açıqladı
ABŞ Silahlı Qüvvələri Ay ətrafı və orbital hərbi vasitələrin mümkün qiymətini dəyərləndirir.
TodayPress TV xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset Koloradoda çıxışı zamanı bildirib.
“5, 10, 15, 20 il sonrasına nəzər salırıq ki, sizin (ABŞ hərbçilərinin – red.) nəyə ehtiyacınız olacağını bilək. Ay ətrafı sistemlər, kosmik sistemlər, yeraltı, sualtı sistemlər”, - deyə nazir bildirib.
Heqset əlavə edib ki, Pentaqon qeyd olunan müddətlər ərzində müharibələrin necə aparılacağını və yeni çağırışlara uyğun büdcənin necə hazırlanacağını nəzərdən keçirir.
Nazirin sözlərinə görə, “Müharibənin gələcəyi” təşəbbüsü çərçivəsində sənayenin ən yaxşı mütəxəssisləri bu məsələlərin büdcəyə təsirini nəzərə almaqla, onların sürətli və effektiv həlli üzərində çalışırlar.
Aysel Mətləb