Avropa Ukraynanı yarı yolda qoydu, Kiyevin ümidləri puç oldu
Avropa Komissiyası müdafiə sahəsində maliyyə kəsirini bağlamaq üçün Ukraynaya 8 milyard dollar təmin edə bilməyəcək, Ukrayna Maliyyə Nazirliyi və Müdafiə Nazirliyi ehtiyacların qarşılanması üçün mənbə axtarır.
TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko bildirib.
"Daxili resurslar hesabına Ukrayna bu ehtiyacın 7 milyard dollardan çoxunu ödəyəcək. Bu, qənaət və xərclərin yenidən bölüşdürülməsidir. Daha təxminən 12 milyard dolları birgə səylərlə tapmağı planlaşdırırıq. Qalan vəsait kritik ehtiyacdır və biz Müdafiə Nazirliyi ilə birlikdə maliyyələşmə mənbəyinin müəyyən edilməsi üzərində işləyirik. Avropa Komissiyası bu il müvafiq alətlərin olmaması səbəbindən bu məbləği bağlaya bilməyəcək", – deyə Marçenko qeyd edib.
Aysel Mətləb