Dünyanın ən qısa yanğınsöndürəni! - “Lazım olsa, hər yerə girə bilirəm”

Dünyanın ən qısa yanğınsöndürəni! - “Lazım olsa, hər yerə girə bilirəm”
30.09.2026 07:00 Maraqlı

ABŞ-nin Florida ştatında işləyən yanğınsöndürən qadın bu peşədə dünyanın ən qısa boylu əməkdaşı kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

TodayPress TV xəbər verir ki, boyu 147 santimetr olan qadın artıq beş ildir Sent-Pit-Biç şəhərində yanğınsöndürən kimi çalışır.

Onun sözlərinə görə, rekorda müraciət etmək ideyası həmkarları arasında zarafat kimi yaranıb. Yanğınsöndürənlərdən biri mövcud rekordu araşdırdıqdan sonra onun bu rekorda iddia edə biləcəyini müəyyənləşdirib.

Rəsmi ölçmələrdən sonra qadının nailiyyəti təsdiqlənib.

Qadın bildirib ki, boyunun qısa olması ona yanan binalara daxil olmaq, ağır avadanlıqları daşımaq və digər fiziki cəhətdən çətin tapşırıqları yerinə yetirməyə mane olmur. Əksinə, bəzi hallarda bu xüsusiyyət ona üstünlük verir. Belə ki, kiçik pəncərələrdən keçmək və çardaqdakı dar yerlərə daxil olmaq daha asan olur.

Qadın həmkarlarının onu zarafatla “hörümçək meymun” adlandırdığını deyib:

“Lazım olsa, hər yerə girə bilirəm”.

Aysel Mətləb

XƏBƏR LENTİ
30 SENTYABR 2026
Bütün Xəbərlər