Bizans imperiyasına meydan oxuyan kralın nəşi harada idi? – 60 illik sirr həll olundu

Bizans imperiyasına meydan oxuyan kralın nəşi harada idi? – 60 illik sirr həll olundu
04.10.2026 03:40 Dünya

Orta əsrlərdə Bolqarıstanın hökmdarı olmuş Kral Samuilin qalıqları Yunanıstanla onilliklər davam edən danışıqlardan sonra şənbə günü Bolqarıstana təhvil verilib.

TodayPress TV xəbər verir ki, kralın qalıqları təxminən 60 il əvvəl Yunanıstanın sərhədyanı bölgəsində aşkar edilib.

Saloniki şəhərində keçirilən təhvilvermə mərasimində Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis və Bolqarıstanın Baş naziri Rumen Radev iştirak ediblər.

Sofiyaya çatdıqdan sonra qalıqlar Müqəddəs Sofiya kilsəsinə aparılacaq. İstəyənlər hökmdarın xatirəsini yad edə biləcəklər. Mərasim qırıcı təyyarələrin uçuşu və 21 yaylım atəşi ilə müşayiət olunacaq.

Xatırladaq ki, Samuil X əsrin sonu – XI əsrin əvvəllərində Bolqarıstanı idarə edib və Bizans imperiyasına qarşı uzunmüddətli müharibələr aparıb

Bolqarıstanda Samuil milli tarixinin əsas simalarından biri hesab olunur.

Aysel Mətləb

XƏBƏR LENTİ
04 OKTYABR 2026
Bütün Xəbərlər